Əzadarlıqlarda tökdüyümüz göz yaşı günahlarımızı necə yuyur?

10 Sentyabr 2019 22:50

İmam Hüseyn (ə) əzasında göz yaşı tökülməsinə dair çox sayda fəzilət bəyan edilmişdir. Bunlardan biri də göz yaşlarının günahları yumasıdır. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Hər kim İmam Hüseyn (ə) müsibətinə ağlayar, ya ağladar və ya özünü ağlatmağa çalışar, cəsədi atəşə haramdır. Behişt ona vacibdir".

Dəfələrlə özümüzə bu sualı vermişik ki, görəsən niyə məhz İmam Hüseynə (ə) görə ağlamağın bu qədər fəziləti vardır? Alimlər bu suala belə cavab verir: "Buradadır ki, Quran deyir: Yaxşılıqlar pislikləri aradan aparar. "Həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır". ("Hud" 114).

Sözümüz o deyildir ki, siz yalan danışasınız və Allah onu düz kimi qiymətləndirsin. O zaman ki, üfunətli peyin (günah da üfunətlidir), gülün üzərinə tökülər, bir müddət sonra gülün tərkib hissəsinə çevrilərək, gül qoxusu verəcəkdir. İmam Hüseyn (ə) üçün tökülən göz yaşı hər şeyi dəyişər və bu göz yaşı günahları yuyandır".

Allah Təala Quranda buyurur: "(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır". ("Furqan" 70).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təala sevmir ki, biz fəryad çəkək, ancaq buyurur ki, insanların bir yerdə fəryad çəkməsi olar. Və o da o zamandır ki, bir nəfərə zülm edilər. Necə ola bilər ki, məzlum insanı görək və sakit əyləşək. Bəzən məzluma göz yaşı ilə yardım etmək lazımdır. Xanım Zəhra (s.ə) Peyğəmbərin (s) vəfatından 95 gün sonra Bəqi qəbiristanlığına gəlir və ağlayır. Ühüdə gedir, ağlayır. Bu göz yaşı atasının yoxluğuna görə deyildi. Bəlkə həyat yoldaşına edilən zülmlərə görə idi. Ona görə də göz yaşının beş növü vardır: əqidə göz yaşı, sevgi göz yaşı, fəzilət istəmək göz yaşı, günahı yumaq göz yaşı və məzluma tökülən göz yaşı. Bu göz yaşlarının dördü Kərbəla müsibətində vardır.

Bəs biz niyə İmama (ə) bu qədər ağlayırıq?

1. Çünki İmam (ə) bizim əqidə nişanəmizdir.

2. Çünki fəzilət nişanəsidir, fəziətin olmaması üçün göz yaşı tökürük.

3. Ona görə ağlayırıq ki, İmam (ə) üçün ürəyimiz sızlayır.

4. Ona görə ağlayırıq ki, İmam (ə) məzlum ölmüşdür.

Seyyid ibni Tavus deyir: "Əgər bizə əzadarlıq əmri verməsəydilər, Aşura bayram olardı. Aşuranı qorumaq bayram olardı. Ancaq müsibət belə deyildir. Əgər kiminsə əlinə ox dəysə, siz ondan təsirlənərsiniz. Necə ola bilər ki, insanın gözü önündə körpəni parça-parça etsinlər və insan sakit otursun?! Ona görə göz yaşı tökməsin? Bu göz yaşı zəiflik əlaməti deyildir. Bu, çarəsizlik demək deyildir. Ona görədir ki, İmam Hüseynə (ə) göz yaşı tökmək üçün bu qədər savab bəyan edilir".

Milli.Az