Verratti İtaliya yığmasının düşərgəsini tərk etdi

7 Sentyabr 2019 09:24

Futbol üzrə İtaliya yığması ciddi itki ilə üzləşib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Fransanın PSJ klubunun da şərəfini qoruyan yarımmüdafiəçi Marko Verratti AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində qarşılaşdıqları Ermənistanla səfər oyununda növbəti sarı vərəqəsini alıb.

Artıq sarı vərəqə limitini dolduran futbolçu Finlandiya ilə qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək. Bu üzdən də o, milli rəhbərliyindən icazə alaraq düşərgəni tərk edib və PSJ-nin düşərgəsinə qayıdıb.

Seçmə mərhələdəki bütün oyunlarından qalib ayrılan İtaliya yığması Finlandiya ilə sentyabrın 8-də səfərdə qarşılaşacaq.

Milli.Az