«Yuventus» rəhbərliyi Beniteslə danışıqlara başladı
13 Aprel 2010 18:32
"Tuttosport"un məlumatına görə, hazırda "Liverpul"a rəhbərlik edən Beniteslə danışıqlara start verilib. Tərəflər baş məşqçinin "Liverpul"la qüvvədə olan müqaviləsini pozmağın yollarını nəzərdən keçiriblər. Məsələ ondadır ki, müqavilənin birtərəfli qaydada pozulması Benitesə 16 milyon avroya başa gələ bilər.
"Qoca" sinyora öz növbəsində Benitesə hər il üçün 4 milyon avro təklif edir. Ona 80 milyon avro həcmində transfer büdcəsinin ayrılması da nəzərdə tutulub.
Milli.Az