Rusların ən çox getdiyi ölkələr - Siyahı

6 Sentyabr 2019 20:14

İtaliya, Türkiyə və İspaniya rusiyalı turistlərin ən çox səyahət etdikləri ölkələrdir.

Milli.Az Axar.az-a istinadən bildirir ki,bu barədə "Skyscanner" xidmətinin araşdırmasında bildirilib.

Xidmət mütəxəssisləri yay mövsümündə aviabilet sifarişlərini analiz edərək, rusiyalı turistlərin iyun-avqust ayında ən çox hansı ölkələrə getdiklərini müəyyənləşdiriblər.

Ən məşhur 10 ölkənin siyahısına İtaliya başçılıq edir. Siyahıda Türkiyə 2-ci, ötən ilin lideri İspaniya isə 3-cü olub.

Siyahıya Monteneqro, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Almaniya, Fransa və Ermənistan da daxildir.

Milli.Az