Haiti mətbuatı Geryenin "Neftçi"yə keçidini lağa qoydu

6 Sentyabr 2019 14:10

"Qarabağ"ın sabiq futbolçusu Vild-Donald Geryenin "Neftçi"yə transfer olması Haiti mətbuatında müzakirə edilib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, "Haiti Tempo" nəşri 30 yaşlı futbolçunun paytaxt klubuna keçidini lağa qoyub. Haitili həmkarlar Geryenin "Zirə"nin yeni transferi Soni Nordeyə yazdığı rəyi xatırlayıblar.

Həmin vaxt Gerye Norde barədə paylaşılan statusa "Qardaş, bu sənin səviyyəndə deyil" rəyini yazmışdı.

Haitililər Donaldın bu rəyindən sonra Azərbaycana dönməsi inanlamırlar:

"Zaman sürətlə keçir və fikirlər də istənilən vaxt dəyişir. Geryenin Soni Nordeyə utancverici ismarıcı yaddan çıxmayıb. O, buna baxmayaraq, yenidən bu ölkədə çıxış etmək qərarına gəlib".

Milli.Az