3 uşaq anası 28 illik ərini yatdığı yerdə ÇƏKİCLƏ ÖLDÜRDÜ - DƏHŞƏTLİ səbəb - VİDEO

6 Sentyabr 2019 13:35

Türkiyədəki dəhşətli qətlin qandonduran detalları ortaya çıxıb.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, Konyada 3 uşaq anası Fadik Sağdıç (46) 28 illik əri Veysel Sağdıçı (53) başına çəkiclə dəfələrlə vuraraq öldürüb.

 

Fadik Sağdıç ifadəsi zamanı ərinin onu qısqanmağından yaranan mübahisədən sonra yatarkən çəkiclə başına vuraraq öldürdüyünü etiraf edib.

Sağdıçın aprel ayında Adıyaman əyalətində bir qadının 40 illik həyat yoldaşını çəkiclə başına vuraraq öldürməyindən "ilhamlanaraq", eyni üsulla ərini öldürmək qərarına gəldiyini boynuna aldığı məlum olub.

Qeyd edək ki, qətl olayı dünən yerli vaxtla axşam saat 11 radələrində baş verib.

İstintaq davam edir.

Təhməz Təkin
Milli.Az