Rusiyada iki qırıcı havada toqquşdu

6 Sentyabr 2019 11:29

Rusiyanın Lipetsk vilayətində təlim uçuşu zamanı iki Su-34 qırıcı-bombarmançısı toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəzaya təyyarələr arasında vizual əlaqənin itməsi səbəb olub.

Hər iki təyyarəyə ciddi ziyan dəysə də, yerə eniş edə bilib.

İnsident nəticəsində pilotların xəsarət almadığı deyilir.

Milli.Az