"Qarabağ" La Liqada oynamış müdafiəçiyə rəsmi təklif göndərdi

5 Sentyabr 2019 17:34

"Qarabağ" heyətini əcnəbi müdafiəçi ilə gücləndirə bilər.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu İspaniya Sequndasında mübarizə aparan "Tenerife"nin futbolçusu Mauro Dos Santosa təklif göndərib. 30 yaşlı mərkəz müdafiəçisindən cavab gözləyən Azərbaycan çempionu argentinalını Premyer Liqa oyunları üçün sifariş etmək niyyətindədir.

Peşəkar karyerasına ölkəsinin "Banfild" klubunda başlayan Dos Santos 2012-ci ildən İspaniyada oynayır. Onun Pireney yarımadasında ilk komandası "Mursiya" olub. Daha sonra - 2014-cü ildə "Almeriya"ya keçən müdafiəçi bu komandanın heyətində La Liqada 29 oyun keçirib və 1 qol vurub. Bir il sonra yenidən Sequndaya qayıdan futbolçu "Eybar"la (42 oyun) müqavilə imzalayıb.

İki mövsüm aşağı dəstədə çıxış edən Mauro növbəti La Liqa təcrübəsini "Leqanes"də (2017-2018) yaşayıb. Elitada 14 oyun keçirən stopper ötən qışdan "Tenerife"nin şərəfini qoruyur. O, bu komandanın forması altında cəmi 1 oyunda meydana çıxıb. Dos Santos Argentinanın U-20 millisinin heyətində də 5 oyun keçirib.

Milli.Az