“Neftçi”nin futbolçusu Kipr klubunun hədəfində

5 Sentyabr 2019 14:29

"Neftçi"nin yarımmüdafiəçisi Dario Federiko qış fasiləsində paytaxt klubu ilə yollarını ayıra bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "Apollon"un maraq dairəsindədir. Kipr təmsilçisinin futbolçu üçün "ağ-qaralar"a təklif göndərəcəyi və uyğun təklif müqabilində "Neftçi" ilə razılaşa biləcəyi deyilir. Tərəflər arasında razılıq əldə olunsa, "Apollon" braziliyalı futbolçunun keçidini qış transfer pəncərəsi dövründə rəsmiləşdirəcək.

2015-2017-ci illərdə "Kəpəz"in şərəfini qoruyan Dario, 2018-ci ildə yenidən Gəncə təmsilçisinə qayıtmışdı. Burda 13 matç keçirdikdən sonra "Neftçi"yə keçən futbolçu, son mövsümün ikinci yarısını "Daequ" klubunda keçirib. Federiko bu ilin iyulundan yenidən "Neftçi"nin uğurları üçün çalışır.

Milli.Az