Avropa çempionatında yarımfinalçılar bəlli oldu

5 Sentyabr 2019 09:04

Qadın voleybolçulardan ibarət milli komandalar arasında Avropa çempionatında yarımfinalçılar müəyyənləşib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, Azərbaycan millisini 1/8 finalda mübarizədən kənarlaşdıran Bolqarıstan yığması 1/4 finalda Serbiyaya quru hesabla uduzub - 0:3.

Millimizin yer aldığı qrupdan maksimum nəticə ilə çıxan Hollandiya isə 1/4 finalda Türkiyə ilə üz-üzə gəlib. 0:3 hesabıyla uduzan hollandlar da mübarizəni dayandırıblar.
 
İtaliya Rusiyanı çətinliklə məğlub edib - 3:1. Polşa - Almaniya qarşılaşması daha gərgin keçib. Tay-brekə qədər uzanan görüşün sonunda qələbəni qələbəni polşalılar bayram ediblər - 3:2.
 
Beləliklə, sentyabrın 7-də baş tutacaq yarımfinal görüşlərində Serbiya İtaliya ilə, Türkiyə isə Polşayla üz-üzə gələcək.

Milli.Az