Seda Sayan onunla sevgilidir?

4 Sentyabr 2019 19:26

Türkiyəli müğənni Seda Sayanın yeni sevgi münasibətinə başladığı iddia edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onun aktyor Sermiyan Midyatla sevgili olduğu deyilib.

Sənətçi iddialara "İkinci sayfa" proqramında məlumat verib.

"Onunla təsadüfən görüşdük. Yeni filmi barədə söhbət edib, gülürdük", - Seda söyləyib.

Qeyd edək ki, müğənni 7 dəfə ailə qurub və boşanıb. Onun bir oğlu var.

Milli.Az