Bakıda dəhşətli avtobus qəzası: 2 qadın ağır yaralandı - Birinin ayağı qopub - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO

4 Sentyabr 2019 17:33

17:33

Nobel prospektindəki qəzanın ilkin təfərrüatları məlum olub.

Milli.Az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, qəza agentlik tərəfindən araşdırılır:

"Nobel prospekti Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırmaya başlanılıb. İlkin məlumata görə idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib".

O, həmçinin əlavə edib ki, minik avtomobili sürücüsünün sənədlərinin olmadığı bildirilir. Bu və hadisəyə dair digər detallar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

Xatırladaq ki, Bakının Xətai rayonunda - "Nargilə" kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb:

"Həkimin verdiyi məlimata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Yaralılar barədə yeni xəbər daxil olduqda əlavə məlumat veriləcək".

----------
16:48

Bakının Xətai rayonunda - "Nargilə" kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb:

"Həkimin verdiyi məlimata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub.

Ağır vəziyyətdə olan yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Yaralılar barədə yeni məlumat daxil olduqda əlavə məlumat veriləcək".

Milli.Az