Bakıda 24 yaşlı oğlandan DƏHŞƏTLİ ƏMƏL: əmisini ölümcül hala saldı

4 Sentyabr 2019 15:09

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Ordubadi küçəsində - "Vüsal" restoranınınn yaxınlığında Gəncə şəhər sakini Əli Fərhadov əmisini bıçaqlayıb.

24 yaşlı Ə.Fərhadov aralarında yaranmış münaqişə zəminində əmisi Vüqar Fərhadova bıçaqla zərbələr endirib. Kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alan kişi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az