Arvadının əsgər yoldaşı ilə sevgili olduğunu öyrəndi: küçədə hər ikisini güllələdi - VİDEO - FOTO

3 Sentyabr 2019 17:44

Türkiyənin Tekirdağ vilayətinin Çorlu mahalında ondan boşanmaq üçün 6 ay öncə məhkəməyə müraciət edən arvadını və əsgərlik yoldaşını öldürən şəxsin məhkəməsi olub.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, arvadı Məlikə Baştürk və arvadının birlikdə yaşadığı Saleh Durmuşu öldürən Nazim Baştürkün məhkəmə ifadəsi ortaya çıxıb.

Baştürk arvadının əsgər yoldaşı ilə birlikdə yaşamağını həzm edə bilmədiyini etiraf edib:

"Birlikde yaşayırlarmış, pisimə gəldi və ancaq o barədə düşünürdüm".

Hücumdan sonra təhlükəsizlik kameralarında qeydə alınan görüntülərə baxan polis şübhəlini yaxalamağı bacarmışdı:

Məhəmməd Vaqif
Milli.Az