ABŞ Talibanla razılaşdı: 5 min hərbçi…

3 Sentyabr 2019 19:59

ABŞ Talibanla saziş layihəsinə uyğun olaraq 135 gün ərzində Əfqanıstandakı 5 bazadan 5 min hərbi qulluqçunu çıxarmağa hazır olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri "TOLO Nyus" a açıqlamasında ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad deyib.

"Bəli, biz prinsipial razılıq əldə edə bildik", - Xəlilzad bildirib.

Bununla belə Əfqanıstan üzrə xüsusi nümayəndə razılaşmanın yekun nəticə olmadığını, ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməli olduğunu söyləyib.

Qeyd edək ki, bundan öncə Prezident Tramp da ABŞ-ın Əfqanıstandakı əsgərlərinin sayının 8,5 minə endiriləcəyini bildirmişdi.

Milli.Az