Conson növbədənkənar parlament seçkiləri keçirmək istəmir

2 Sentyabr 2019 23:36

Böyük Britaniyanın baş naziri Boris Conson növbədənkənar parlament seçkiləri keçirmək istəmir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu B.Conson xüsusi bəyanatla çıxışı zamanı deyib.

B.Conson bildirib: "Mən seçkilər istəmirəm, siz seçkilər istəmirsiniz, gəlin xalq gündəliyini yerinə yetirək".

Qeyd edək ki, son günlər ərzində Böyük Britaniyada növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair xəbərlər yayılırdı.

Milli.Az