SON DƏQİQƏ! Türkiyə sahillərində gəmi batdı

2 Sentyabr 2019 11:28

Türkiyənin Dardanel boğazında gəmi batıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, batan "Kanuni D.S" adlı gəminin yük daşıdığı bildirilir. 41 metrlik gəmi Türkiyə bayrağı altında üzürmüş.

Gəmidə olan 8 nəfər ekipaj üzvü xilas edilib.

Yük gəmisinin hansı səbəbdən batması barədə məlumat verilmir.

Milli.Az