Beyl Ronaldonun göstəricisini təkrarladı

2 Sentyabr 2019 12:13

"Real Madrid"in hücumçusu Qaret Beyl futbol üzrə İspaniya Primerosunun III turunda Villarreal ilə səfər matçında dubl (2:2) edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,30 yaşlı valliyalı üçün bu qollar "kral klubu"nun heyətində 103 və 104-cü olub.

Forvard bu göstəriciyə görə məşhur braziliyalı Ronaldoya çatıb və indi klubun legionerlər arasında ən yaxşı bombardirləri siyahısında 7-ci yeri bölüşür.

Beyl 2013-cü ildən "Real"ın şərəfini qoruyur. Onun komanda ilə müqaviləsi 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub.

"Real" tarixində ən yaxşı legioner bombardirlər

1. Kriştianu Ronaldu - 450 qol

2. Alfredo Di Stefano - 308

3.Ferents Puşkaş - 241

4. Kərim Benzema - 224

5. Uqo Sançes - 208

6. Qonsalo İquain - 121

7. Ronaldo, Qaret Beyl - 104.

Milli.Az