“Barselona” Neymardan imtina etdi

1 Sentyabr 2019 12:34

"Barselona" PSJ-nin hücumçusu Neymarın transferindən imtina edib.

Milli.Az Qol.az-a istinadən bildirir ki, "Globo Esporte"nun iddiasına görə, tərəflər arasında avqustun 29-da keçirilən danışıqlarda razılıq əldə olunmayıb. Kataloniya klubu PSJ-yə 130 milyon avro, həmçinin 3 futbolçusunu - Jan-Klera Todibo (icarə), İvan Rakitiç və Usman Dembeleni (daimi əsasda) təklif edib. PSJ-ni hər üç oyunçu qane etsə də, parislilər "Barselona"dan daha çox pul istəyib. Bu şərti isə "Barselona" qəbu etməyib. Nəticədə danışıqları yekunlaşdırmaq qərarı verilib.

Mənbə bildirir ki, "Real" da hazırda Neymara görə danışıqlar aparmır.

Əlavə edək ki, sentyabrın 2-də Avropada transfer pəncərəsi bağlanır.

Milli.Az