Yəməndə vəziyyət gərgindir: Üsyançılara məxsus hərbi obyekt məhv edildi

1 Sentyabr 2019 10:04

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin Damar vilayətində Ənsar Allah (husilər) üsyançılara məxsus hərbi obyekti məhv edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hərbi obyektdə pilotsuz uçuş aparatları da yerləşirilib.

Məlumata əsasən, dronlardan əlavə bazada hava hücumundan müdafiə sistemləri üçün raketlər də saxlanılıb. Xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az