Baltikyanı ölkələri işğal ediblər - Nazirdən ŞOK AÇIQLAMA

31 Avqust 2019 16:12

Baltikyanı ölkələr heç vaxt SSRİ-nin tərkibinə daxil olmayıb, onlar işğal ediliblər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviç danışıb.

Rinkeviçin sözügedən çıxışına səbəb Rusiya XİN-in Tvitter hesabında Baltikyanı ölkələrin müstəqilliyi barədə paylaşımı olub. Belə ki, Rusiya XİN Baltikyanı ölkələrin 90-cı illərin əvvəllərində müstəqillik əldə etdikdən sonra müasir və hüquqi dövlətə çevrilə bilmədiyini qeyd edib.

Sözügedən paylaşıma kəskin reaksiya verən Rinkeviç Baltikyanı sovet ölkələrinin heç vaxt mövcud olmadığını bildirib:

"Hitler-Stalin razılaşmasına əsasən Baltikyanı ölkələr Sovet İttifaqı tərəfindən işğal edilib, daha sonra isə müstəqillik əldə ediblər".

Milli.Az