ATV-dən sonra AzTV-də aparıcılıq edəcək

30 Avqust 2019 17:29

Aparıcı Hüsniyə Məhərrəmova bundan sonra AzTV-də tamaşaçıların qarşısına keçəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, artıq yeni proqramının çəkilişlərinə başlayıb. Hüsniyə anonsla bağlı görüntüləri sosial şəbəkədə yayıb.

Qeyd edək ki, Hüsniyə ATV-də yayımlanan "5-ci element" verilişinin aparıcısı idi. O, AzTV-də Beynəlxalq Əlaqələr və Protokol Departamentinə rəhbər təyin edilib.

Milli.Az