Cəlilabadda yolu keçən piyadanı avtomobil vurub öldürdü

30 Avqust 2019 14:49

Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avqustun 29-da saat 23 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində kənd sakini E.Hüseynov idarə etdiyi "QAZ-3110" markalı avtomobillə yolu keçən Mirzəli kənd sakini Qafur Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az