Yaponiyada fabrik partlayıb - 6 nəfər...

30 Avqust 2019 13:19

Yaponiyada bir fabrikdə partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Qeyd edilir ki, partlayış Yaponiyanın Nagoya şəhərində (Ayçi prefekturası) bir zavodda baş verib. Hadisə nəticəsində azı altı nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər işləyir.

Milli.Az