Ronaldodan Messi barədə xoş sözlər - 15 il eyni səhnəni bərabər paylaşdıq... - VİDEO

30 Avqust 2019 10:04

Çempionlar Liqasının bu gün baş tutan püşkatma mərasimində çıxış edən Juventus-un ulduz futbolçusu Ronaldo Barcelona-da çıxış edən əsas rəqibi Messi barədə xoş sözlər səsləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu Messi ilə arasında olan 15 illik rəqabətin asan bir şey olmadığını bildirib:"Lionel Messi ilə bu səhnəni 15 il bərabər paylaşdıq. Futbol tarixində belə bir şey yaşandımı, bilmirəm. Asan iş deyil.  Yaxşı münasibətimiz var. Düzdür, indiyədək birlikdə nahar etməmişik. Ancaq yaxında nahar edəcəyimizə ümid edirəm".Qeyd edək ki, Messi 2018/2019-cu illər mövsümünün ən yaxşı hücumçusu seçilib.

Milli.Az