Yenidən Aya uçuş olacaq - Bu dəfə qadın kosmonavt...

28 Avqust 2019 19:39

ABŞ Kosmik Agentliyi (NASA) 2024-cü ildə Ayın cənub qütbünün yaxınlığına biri qadın olmaqla iki astronavt göndərmək niyyətindədir.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə agentlik rəhbəri Cim Braydenstayn bildirib.

Onun sözlərinə görə, gələcəkdə qadınlar kosmosun mənimsənilməsində əsas rol oynayacaqlar. O, həmçinin Marsa göndəriləcək ilk kosmonavtın qadın olacağını da istisna etməyib:

"Biz bu məqsədə yaxınıq, çünki növbəti ilin martında tarixdə ilk dəfə qadın astronavtlar qrupu açıq kosmosa çıxacaq".

Milli.Az