Yeni nəsil Mercedes-Benz GLE Coupe sabah təqdim olunacaq - VİDEO

18 Sentyabr 2019 22:01

Mercedes-Benz şirkəti yeni tizer dərc edərək, növbəti nəsil GLE Coupe modelinin təqdimat tarixini açıqlayıb. Alman istehsalçısının Facebook sosial şəbəkəsindəki səhifəsində dərc edilmiş videotizerdə "Mercedes-Benz GLE Coupe. Doğum tarixi: 28.08.2019" sözləri yazılıb. Böyük ehtimalla, şirkət avtomobilin Frankfurt avtosalonundakı kütləvi nümayişindən öncə, onlayn debütünü təşkil edəcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, tizerdə dərc edilmiş arxa işıq texnikası Mercedes-Benz GLE krossoverində olduğundan ciddi şəkildə fərqlənir. Çox güman ki, kupeşəkilli krossover daha aqressiv görkəmə malik olacaqdır. Mühərrik çeşidinə gəldikdə isə, iki krossover arasında fərq olmayacaqdır.

Milli.Az