Böyük Britaniya parlamentinin fəaliyyəti dayandırıldı

28 Avqust 2019 18:44

Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentin fəaliyyətinin oktyabrın 14-nə qədər dayandırıldığını bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Birləşmiş Krallığın hökumət başçısı parlament iclasının təxirə salınmasının İcmalar palatası deputatlarının ölkənin Avropa İttifaqından sazişsiz çıxmasını blok etmələrinə mane olmaq üçün təşkil olunduğu barədə yayılan məlumatları təkzib edib.

"Biz daxili gündəliyimizi reallaşdırmalıyıq və məhz bu səbəbdən kraliçanın taxt nitqinin oktyabrın 14-də baş tutacağını elan edirik", - Boris Conson telekanalın efirində belə deyib.

Milli.Az