Depressiya və yuxu pozuntuları, onların müalicə yolları - FOTO

28 Avqust 2019 13:20

Statistikaya əsasən insanların 45 %-i ildə bir dəfə də olsa yuxusuzluqla rastlaşır. Eyni zamanda həyat boyu hər 100 kişidən 10-nun və hər 100 qadından 20-nin depressiyaya düşdüyü müəyyən olunmuşdur. Mövsümi depressiya və yuxusuzluq temperamentindən, maddi və sosial durumundan asılı olmayaraq hər bir insanda rast gəlinə bilər.

Depressiya və yuxu pozuntularının səbəbləri. Bəzən yuxusluğa somatik xəstəliklər səbəb olur (baş beyin, ürək-damar xəstəlikləri, ağrı və s.). Yuxusuzluğun psixoloji səbələri həyəcan hissi, ailə münaqişələri, işdə konfliktlər, gündəlik rejimin düzgün olmaması da ola bilər. Əksər hallarda yuxusuzluq depressiyanın nəticəsində yaranır ki, bu da əhval ruhiyyənin pis olması və hərəki aktivliyin azalması ilə müşayət olunur.

Depressiyanın əsas əlamətləri. Özünü günahkar hesab etmək, bədbin olmaq, səbəbsiz qorxu, tez yorulma, aşırı emosional gərginlik, yuxu pozulması və ya yuxusuzluq, əhval ruhiyyənin tez-tez dəyişməsi və yüksək kalorili qida məhsullarına meyillik depressiyanın əsaas əlamətləridir. Yuxunun pozulması öz növbəsində depressiyanın gedişini ağırlaşdırır.

Depressiya və yuxusuzluqla mübarizə yolları. Depressiyanın və yuxusuzluğun profilaktikası gündüz vaxtı aktiv həyat tərzi, yetərli fiziki hərəki aktivlik, bədən tərbiyəsi ilə müntəzəm məşğul olmaqdan ibarətdir. Depressiya ilə bir neçə effektiv mübarizə yolları vardır. Əlvan rənglər. Özünə əlvan rəngli nələrsə almaq, belə ki, narıncı rəng xüsusi pozitivlik yaradır və yaxşı əhval-ruhiyyəyə səbəb olur. Saçları parlaq rənglərə boyamaq pozitiv hisslər yaradır. Dostlarla çox vaxt keçirtmək, retro komediyaları izləmək, çox zarafat etmək və gülmək lazımdır çünki gülüş stress hormonları olan kortizol və adrenalinin sintezini dayandırır. Xoşagələn qoxular həmçinin depressiya və gərginliyin aradan qalxmasına kömək edir. Mümkün qədər çox günəşli və təmiz havada gəzmək lazımdır. Hətta evdə və iş yerində işıqlandırma daha intensiv olmalıdır. Daha çox meyvə və tərəvəzlə qidalanmaq lazımdır. Serotonin ifraz edən məhsullara banan, portağal, xurma, ət, süd məhsulları aiddir. Məşhur antidepressant - şokoladdır. Müalicəvi otlar həmçinin depressiya və yuxusuzluqla effektiv mübarizə aparır. Bitki tərkibli yığıntılar və sakitləşdirici effektə malik bitkilərdən hazırlanmış BFMQƏ rahatlıq gətirə bilər. Lakin unutmayaq ki, depressiya və yuxunun pozulmasının keçici olmasına baxmayaraq bu vəziyyət bəzən tibbi müdaxilə tələb edir. Xəstəyə yalnız psixoloq yardımı deyil, bəzən psixiatrın dərman preparatları ilə müalicəsi də tələb oluna bilər.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün +99455 355 77 00 (whatsapp)   nömrəsinə yaza və ya     *7700 nömrəsinə zəng edə bilərsiniz. Çatdırılma ÖDƏNİŞSİZDİR.