Putin Rafael Hüseynovu medalla təltif etdi

28 Avqust 2019 11:14

Prezident Vladimir Putin soydaşımız, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovu ikinci dərəcəli "Vətən qarşısında xidmətlərə görə" medalı ilə təltif edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rafael Hüseynov 1949-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsində, Paris Sorbon Universitetində təhsil alıb. "Molodyoj Azerbaydjana", "Komsomolskaya pravda", "Trud" və digər qəzetlərdə, ölkəmizin Rusiyadakı səfirliyində işləyib. Rusiyanın Əməkdar mədəniyyət işçisidir.

Milli.Az