Məşhur müğənni anasını itirdi

27 Avqust 2019 17:07

Müğənni İntizara ağır itki üz verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi anasını itirib. Xəbəri ifaçının yaxın dostu Onur Akay yayıb.

Akay "Sevimli sənətçi dostum İntizar anası Cemile Arslanı itirdi" deyə, qeyd edib. İntizar isə 3 gün əvvəl "Mələk anam, nur üzlüm. Üstünə gül qoxusu hopan anam. Duasını ürəkdən edən, baxışı ilə ürəyimi parçalayan, anam. Səni Allah eşqiylə sevirəm" sözlərini yazıb.

Cemile Arslan 2011-ci ildə beyin qanaması keçirmişdi.

Milli.Az