Azərbaycanın arıçılıqla məşğul olan "Kercom" şirkəti öz məhsullarının ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır.
Bu barərə Trend-ə şirkətdən bildiriblər.
Məlumata görə, şirkət Cənubi Koreyaya ixrac imkanlarını nəzərdən keçirir:
"Bu günədək şirkət Səudiyyə Ərəbistanına ixrac təşkil edib. Biz, həmçinin Yaponiya və Cənubi Koreyaya ixracatı nəzərdən keçiririk. Hazırda bu ölkələrdə müştəri axtarırıq. Şirkət ildə 25 ton arıçılıq məhsulu istehsal edir, ilin sonunadək göstəricilərin artırılması planlaşdırılır. Ümumi istehsal həcminin 8-10 tonu balın, digər hissəsi isə arı südü, propolis, gül tozcuğu və digər növ məhsulların payına düşür. Daxili bazarda bir kiloqram balın qiyməti 30-35 manat təşkil edir".
Şirkətdən onu da əlavə ediblər ki, arıçılıq məhsullarına yay istisna olmaqla bütün mövsümlərdə tələbat var.
Milli.Az