Mehmet Topalın yeni klubu müəyyənləşdi

27 Avqust 2019 17:39

"Fənərbağça"dan ayrılan Mehmet Topal "Başakşehir"ə transfer olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin adı "Qalatasaray"la da hallanırdı.

Milli.Az