Leysan və dolu bu şəhəri cənginə alıb

27 Avqust 2019 17:09

İspaniyanın paytaxtı qasırğaya təslim olub. Regiona yağışlar və güclü dolu yağıb. Təbiət hadisəsi nəticəsində yollar iflic vəziyyətinə düşüb, hava limanlarında reyslər təxirə salınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Madrid metropoliteninin departamenti metronun bir neçə xəttinin fəaliyyətinin dayandırılması barədə elan edib. Daha çox Arqanda-del-Rey rayonu əziyyət çəkib. Orada güclü su axını parkinqdəki maşınları yuyub aparıb və binaları su basıb.

İspaniyanın Dövlət Meteorologiya Agentliyinin məlumatına görə, yayın sonunadək ölkədə yağışlar gözlənilir.

Milli.Az