Beren Saatın sevgilisi var - İDDİA

27 Avqust 2019 09:29

Müğənni Kenan Doğulu ilə boşanacaqları deyilən aktrisa Beren Saatla bağlı ortaya atılan iddia sosial medianı yerindən oynadıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, səhifələrdən birinin paylaşdığı fotoda adı çəkilməyən bir kişi və bir qadın yer alıb. İzləyicilərin əksəriyyəti "Məşhur aktrisa evliliyə son qoyub" başlığı ilə verilən fotodakı qadının Berenə oxşatdıqlarını deyiblər. Aktrisanın pərəstişkarları isə paylaşımı tənqid atəşinə tutub.

"Atiye" serialının çəkilişlərinə davam edən Saat hələlik bununla bağlı hər hansı açıqlama verməyib.

Milli.Az