Xəzərdə zəlzələ baş verib

27 Avqust 2019 08:25

Avqustun 27-də Xəzər dənizində maqnitudası 3,6 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:18-də qeydə alınıb.

Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.

Milli.Az