16 yaşlı futbolçu "Barselona"da debüt etdi

26 Avqust 2019 12:39

Ansu Fati debüt matçında "Barselona"nın tarixinə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, La Liqanın 2-ci turunda "Betis"lə görüşün (5:2)  78-ci dəqiqəsində Karles Peresin əvəzinə meydanda daxil olan Fati Kataloniya klubunda oynamış ikinci ən gənc oyunçu olub. Bissau-qvineyalı futbolçu 16 yaş 300 günlüyündə bu nəticəni göstərib.

"Barselona"da ən gənc futbolçunun meydana çıxdığı tarix isə 1941-ci ilə təsadüf edir. Həmin il Visente Martines 15 yaş 298 günlüyündə ölkə çempionatında ilk oyuna çıxıb.

Qeyd edək ki, kataloniyalıların futbol akademiyasının ən perspektivli oyunçularından olan Fati ilə ötən ay peşəkar müqavilə imzalanıb. Ona 100 milyon avro təzminat qiyməti qoyulub.

Milli.Az