“Qəbələ”nin sabiq futbolçusu karyerasını bitirdi

26 Avqust 2019 12:14

"Qəbələ"nin sabiq futbolçusu Aleksey Qay karyerasını bitirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçi rəsmi "instagram" hesabından məlumat yayıb.

Karyerası ərzində "Şaxtyor" (Donetsk), "Çernomorets", "Kuban" kimi klublarda çıxış edən Qay, 2016-2018-ci illərdə "Qəbələ"nin şərəfini qoruyub. O, Azərbaycan Premyer Liqasında 51 oyuna 14 qol vurub.

29 dəfə də Ukrayna millisinin formasını geyinən Qayın son iş yeri "Olimpik" (Donetsk) olub.

Milli.Az