Ronaldunun sevgilisi yataq sirrlərini açıqladı

27 Avqust 2019 05:30

"Yuventus"un futbolçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges maraqlı açıqlamalar verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "The Sun"a danışan model belə məşhur insanla sevgili olmağın çətinliyini vurğulayıb, amma ona olan hisslərinin hər şeydən üstün olduğunu bildirib. 

Rodriges seksual alt paltarlarından istifadə etdiyini qeyd edib: "Ehtirasa gətirmək və arzulamaq çox vacibdi. Mən həmişə alt paltarında yatıram. Ümumiyyətlə, seksual alt paltarlara üstünlük verirəm. Bu, rahat, seksual və romantikdi. Bu geyimdə hər şey var və bu, sizin kişinizi xoşbəxt edir".

Milli.Az