Qusarda mağaza yanıb

26 Avqust 2019 09:34

Qusar rayonunda mağaza yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Gündüzqala kəndində ümumi sahəsi 80 m² olan mağazanın yanar konstruksiyaları və dam örtüyü 4 m² sahədə yanıb. Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az