Yəmən üsyançılarının buraxdığı iki dron vuruldu

26 Avqust 2019 09:54

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri "Ənsar Allah" (husilər) Yəmən üsyançı hərəkatının tərəfdarları tərəfindən buraxılan iki pilotsuz uçuş aparatını vurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuat agentliyi koalisiyanın nümayəndəsi polkovnik Turki əl-Malikiyə istinadən bildirib.

Onun sözlərinə görə, koalisiya qüvvələri Səudiyyə Ərəbistanı istiqamətində Sana bölgəsindən hussilər tərəfindən buraxılan iki pilotsuz uçuş aparatını ələ keçirərək vurublar.

Turki Əl-Maliki vurğulayıb ki, hussilərin dronları işə salmaq üçün etdiyi hər hansı bir cəhdləri uğursuzluğa məhkumdur.

Milli.Az