Türkiyədən İraqın şimalında ƏMƏLİYYAT: 15 terrorçu məhv edildi

26 Avqust 2019 09:44

İraqın şimalındakı "Pençe-3" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri altı PKK terrorçusunu zərərsizləşdirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hava əməliyyatı zamanı dörd terrorçu, atışma zamanı isə iki terrorçu zərərsizləşdirilib.

Beləliklə, "Pençe-3" əməliyyatı zamanı cəmi 15 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.

Milli.Az