Türkiyədə yol qəzası: 8 nəfər xəsarət alıb

26 Avqust 2019 09:19

Türkiyənin Ədirnə vilayətində iki avtomobil toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində səkkiz nəfər yaralanıb, onlardan üçü uşaqdır.

Qəza gecə Süloğlu-Lalapaşa yolayrıcısında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin araşdırılması davam edir.

Milli.Az