Kolumbiyada da zəlzələ oldu

26 Avqust 2019 09:08

Avqustun 25-də Kolumbiyanın qərbində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Quapi şəhərindən 28 km şimal-qərbdə, ocağı isə 69,5 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az