Cənazəni müşayiət etməyin böyük savabları

1 Sentyabr 2019 19:15

Ölüm elə bir hadisədir ki, hər bir canlı məxluq istər-istəməz onunla qarşılaşacaqdır. O zaman ki, bu böyük hadisə baş verər, ölənin yaxınları onu son mənzilinə yola salar və dəfn mərasimi keçirdərlər. Bu əməlin böyük mənəvi əcri vardır. (Tebyan)

İmam Sadiq (ə) buyurur: "Məsciddə namaz qılmağınıza və insanlarla xoş rəftar etdiyinizə, şəhadəti ayaqda saxladığınıza və dəfn mərasimində iştirak etdiyinizə görə sizə eşq olsun! Çünki siz çarəsiz olaraq, insanlara möhtacsınız. İnsanlardan heç kəs həyatında ehtiyacsız deyildir".

İmam Baqir (ə) buyurur: "(Həzrət) Musa (ə) Pərvərdigara duasında buyurur: "Pərvərdigara! Xəstəni ziyarət edən insanın savabı nədir?". Allah Təala buyurur: "Mələkləri onun qəbrinə məmur edərəm ki, Qiyamət gününə qədər onu ziyarət etsinlər". Musa (ə) soruşur: "Pərvərdigara! O kəs ki, ölülərə qüsl verir, onun savabı nədir?". Allah buyurur: "Onun günahlarını yuyaram və anasından doğulduğu gün kimi olar". Musa (ə) soruşur: "Pərvərdigara! O kəs ki, ölünün cənazəsini müşayiət edir, onun savabı nədir?". Allah buyurur: "Bir dəstə mələklərimi bayraqla bir yerdə onlara hakim edərəm ki, qəbirlərini məhşərə qədər müşayiət etsinlər". Musa (ə) yenə soruşur: "Pərvərdigara! O kəs ki, qəm-qüssə görmüş insanın ailəsinə təsəlli verər, onun savabı nədir?". Allah buyurur: "O gün ki, kölgəmdən başqa kölgə olmaz, kölgəmi ona genişləndirərəm".

İmam Sadiq (ə) nəql edir ki, Həzrət Peyğəmbər (s) ənsardan olan bir nəfərin cənazənin arxasında piyada gedirdi və səhabələri deyirlər: "Ya Rəsulallah! Miniyə minmirsiniz?". Həzrət (s) buyurur: "Mənə xoş gəlmir ki, miniyə minəm və mələklər piyada getsin". Ancaq qayıdan zaman miniyə minməyin kərahəti yoxdur. Belə ki, Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, cənazəni müşayiət edən zaman miniyə minmək məkruhdur, ancaq qayıdan zaman məkruh deyil.

İmam Baqir (ə) buyurur: "Cənazənin qarşısında və arxasında getmək eynidir. Hər kim cənazəni hafiz mələklərlə müşayiət etmək istəyirsə, gərək ölünün iki çiyni tərəfində hərəkət etsin".

Cənazəni müşayiət etməyin faydalarından biri də ölümü yada salmaqdır. İmam Sadiq (ə) buyurur: "Ölümü yada salmaq - şəhvətləri və nəfsin xahişlərini öldürər və qəflətə səbəb olan hər şeyi məhv edər. Allaha olan meyli qüvvətləndirər və ürəyi yumşaldar. Hava və həvəsin əlamətlərini sındırar. Hərislik atəşini söndürər, dünyanı gözündə etibarsız və dəyərsiz edər".

Həzrət Peyğəmbər (s) buyurur: "Bir saat fikirləşmək, bir il ibadətdən daha yaxşı və fəzilətlidir". Ancaq o fikir ki, axirətin və dünyanın etibarsiz olduğuna görə olsun. Ölmək, dünyadan köçməyə aid olsun.

O kəs ki, ölümü yaddan çıxartmaz, ölümə hazır olar. Rəftarı və danışığı gözəl olar, pisliklərin dalınca getməz.

Milli.Az