Təyyarə qəzaya uğrayıb, ölənlər var

25 Avqust 2019 22:20

İsveçrənin Alp dağlarında təyyarə qəzaya uğrayıb və yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində üç nəfər həlak olub.

Məlumata əsasən, tək mühərrikli "Piper" tipli təyyarə səhər saat 9 radələrində aerodromdan çıxaraq İtaliyaya yola düşüb, ancaq qəzaya uğrayıb. Bundan sonra təyyarə alışıb yanıb.

Fakt üzrə araşdırma başlayıb.

Milli.Az