"Baku Steel Company" yaxınlığında baş vermiş yanğın söndürülüb

25 Avqust 2019 21:52

Bakı şəhəri, Nərimanov rayonu, "Baku Steel Company" yaxınlığında taxta sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Milli.Az