Turabov Super Liqada debüt etdi

25 Avqust 2019 23:32

Futbol üzrə Albaniya çempionatında 2019/20 mövsümünə start verilib. Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçu Eltun Turabovun bu yay transfer olunduğu "Biliş" də yeni mövsümdə ilk matçına çıxıb. 

Sözügedən komanda səfərdə "Teuta" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Eltun də bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan Turabov Super Liqada debüt edib. 22 yaşlı müdafiəçi 56-cı dəqiqədə əvəzlənib.
 
Xatırladaq ki, Albaniya klubu Turabovu bu yay "Sabah"dan icarəyə götürüb.

Milli.Az