30 yaşlı kişi bıçaqlandı

25 Avqust 2019 22:35

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Məhsəti qəsbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Əliyev Zaur Nizami oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan şəxsin vəziyyəti orta ağırdır. 

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı araşdırılır.

Milli.Az