Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunun Kəndaxan kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Milli.Az